Mingəçevirdə kütləvi dava olub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şadlıq sarayının qarşısında baş verib.
Belə ki, Yevlaxdan bu şəhərə toy mərasiminə gələn qonaqlar arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 1996-cı il təvəllüdlü Yevlax rayon Salahlı kənd sakini Musayev Mikayıl Natiq oğlu döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.