Ucarda vəhşi heyvanlar kəndə hücum edib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib. Kənd sakini Telman Xudaverdi oğlu İbrahimovun fərdi təsərrüfatına gecə saatlarında hücum edən vəhşi heyvanlar 9 baş qoyunu parçalayıblar.

Rayon baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunub.

Ev sahibinin dediyinə görə, səhər saat 5 radələrində pambıq tarlasına gedib, hadisə də bundan sonra baş verib. T. İbrahimov qoyunlara çaqqalların xəsarət yetirdiyini ehtimal edir.

Sakinlər analoji hadisələrin son vaxtlar rayon ərazisində tez-tez baş verdiyini deyirlər. Son həftə ərzində kənd ərazisində vəhşi heyvanlar 40 başdan artıq xırdabuynuzlu heyvanı parçalayaraq öldürüb, 20 başdan artıq heyvanı yaralayıb, 2 baş heyvanı isə aparıblar.

Sakinlər artıq bu cür halların qarşısını alınmasında aciz olduqlarını bildirirlər.