İyulun 28-də Ağdaş rayon sakini N.Ə. rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən 5000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

DİN-dən  Unikal.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini rayon sakini Əlibaba Şirinovun törətdiyi müəyyən edilib. Ə. Şirinov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib və dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.