Xəbər verdiyimiz kimi, "Baş nazir Novruz Məmmədov bir nəfərin Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd etməsinin qarşısını alıb. Baş nazirin telefon danışığı zamanı məlum olub ki, intihara cəhd edən şəxs 1969-cu ildə Tovuzda anadan olan, fəhlə Əhmədov Yaşar Məmmədəli oğludur: "Yaşar Əhmədov ailə münaqişəsi zəminində övladlarının narahatlığını çəkərək çıxış yolunu bu addımı atmaqda gördüyünü bildirib".
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova Unikal.org-a açıqlamasında bildirib ki, bir neçə ay bundan əvvəl Əhmədov Yaşar Məmmədəli oğlu onun qəbulunda olub:
"O, tikintidə fəhlə işləyir. Ailəsindən ayrılıb. Həyat yoldaşının bizə verdiyi məlumata görə, Yaşar Əhmədov içki düşkünü olub. Biz də onu içki düşkünü kimi tanıyırıq. Hazırda bu ailə münaqişəlidir. Yaşar Əhmədovun ailəsi ilə bağlı bütün sənədlər rayon icra hakimiyətində toplanır. Bu sənədləri yaxın vaxtda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və müvafiq qurumlara göndərəcəyik.