Şəkidə avtomobildən tüfəng götürülüb.  

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Orta-Zəyzid kənd sakini Xanoğlan Babayevin idarə etdiyi "Ford markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16 markalı tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.