Quba rayonun dağlıq ərazilərində yanğın başlayıb.

Unikal.org xəbər verir ki, Çiçi və Zərqova kəndlərində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər yerli sakinlər də cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün işlər davam etdirilir.