Gəncə hadisələri ilə bağlı keçirilən əməliyyatlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərdikləri üçün məhv edilən şəxslərin üzərindən xeyli silah-sursat götürülüb.
Unikal.org-un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov əməliyyat müşavirəsində bildirib.
Z. Qaralov qeyd edib ki, əməliyyat tədbirləri zamanı zərərsizləşdirilən şəxslərin üzərindən, eləcə də həbs edilən şəxslərin yaşadıqları ünvanlardan müxtəlif markalı avtomat, tapança, onlara aid sursat, qumbara və soyuq silahlar aşkar edilərək maddi sübut kimi götürülüb.