Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan "VAZ 21011-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.