Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org  "Report"a istinadən xəbər verir ki, hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb. 

T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.