Vergilər Nazirliyi Binə Ticarət Mərkəzində vergi ödəyən obyektlərin sayını açıqlayıb.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktorunun müavini, vergi xidmət müşaviri Zaur İmranov Unikal.org-un sorğusuna cavab olaraq bildirib ki, Binə Ticarət Mərkəzində 1160 obyekt vergi ödəyicisi kimi qeydiyyatdan keçib.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinə, Vergi ödəyicilərinə xidmət mərkəzlərinə və Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə müraciət edə bilərsiz.