Özünün yubiley ilində - 25-ci ildönümündə müştəriləri üçün ardıcıl olaraq bir-birindən möhtəşəm kampaniyalar həyata keçirən Rabitəbank daha bir kampaniyaya start verib.
Unikal.org xəbər verir ki, cari ilin iyul ayından etibarən ölkədaxili pul köçürmələri üzrə ölkənin aparıcı xidmətlərindən biri olan "Barat pul köçürmə sistemindən istifadə edən hər bir müştərinin xidmətdən tamamilə pulsuz istifadə etmək imkanı var. Rabitəbankın hər bir filialı üçün ayrıca tətbiq edilən bu kampaniyaya əsasən xidmətdən istifadə edən hər 25-ci müştəri üçün 1000 AZN-dək pul köçürməsi tamamilə pulsuz aparılacaq. Bundan əlavə, ölkə üzrə hər 25-ci pul köçürməsi edən şəxs Rabitəbankın müştərilərinə təqdim etdiyi geniş plastik kart məhsullarından istənilən birini 50% endirimlə əldə edə biləcək.
Buradan keçid edərək və ya 133 qısa nömrəsinə zəng edərək Rabitəbankın təklif etdiyi plastik kartlar haqqında ətraflı məlumat əldə edə bilərsiniz.
Ölkə iqtisadiyyatında aktivliyin hər bir təqvim ilinin sonunadək davam etməsini əsas götürən Rabitəbank bu kampaniyanı da 31 dekabr 2018 tarixinədək aktiv elan edir.
Kampaniya və onun şərtləri ilə bağlı daha ətraflı məlumat almaq üçün http://www.rabitabank.com/az/Kampaniyalar/barat linkə keçid edin və ya 133 qısa nömrəsinə zəng edin.