Qəbələdə bir nəfər göldə boğularaq ölüb.
Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində Nohur gölündə (ən yaxın xilasetmə məntəqəsindən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1985-ci il təvəllüdlü İsayev Fərid İkram oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.