Tovuzda 3 yaşlı oğlan yanıq xəsarətləri alıb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, 2015-ci il təvəllüdlü Əliyev Elvin Sabir oğlu valideynlərin diqqətsizliyi nəticəsində yanıq xəsarətləri alıb. Körpə Tovuzrayon Mərkəzin Xəstəxanasına aparılıb. Daha sonra bədən səthinin 20 faizinin yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə göndərilib.

Uşağın vəziyyətinin orta -ağır olduğu bildirilir.