Bərdə rayonunda yerli sakin bıçaqlanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən "Təzə Bazar"da baş verib.
Belə ki, rayonun Həsənqaya kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Məmmədov mübahisə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Rüfət Həsənova bir neçə bıçaq zərbəsi endirib. Boğazından və bədənin müxtəlif niyihələrindən bıçaq xəsarətləri yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.