Tarif Şurasının nəqliyatda qiymət artımı ilə bağlı son qərarının inflyasiyaya təsiri minimal olacaq.
Unikal.org-un məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov məlumat verib:
"Avtobus və metroda qiymət artımının inflyasiyaya yüksəldici təsiri var.
Lakin düşünmürük ki, bu artım inflyasiyanın 6-7%-lik hədəf dəhlizindən kənarlaşdıra bilər", deyə sədr bildirib.
E.Rüstəmov əlavə edib ki, bütövlükdə qiymət dəyişikliyi bu sektorda fəaliyyətlə məşğul olan biznes qurumaların fəaliyyətini tənzimləmək istiqamətində atılan addımlar kimi qiymətləndirmək lazımdır: "Bu sektorda fəaliyyət göstərən qurumların maliyyə sağlamlığı təqdim etdiyi xidmətlərin keyfiyyəti ilə birbaşa bağıldır"