Azərbaycanda Avropa, Yaponiya, Koreya istehsalı olan işlənmiş avtomobillərin qiymətləri yenidən bahalaşıb.
Unikal.org-un araşdırmasına görə,hazırda sözügedən ölkələrin istehsalı olan işlənmiş avtomobillərin qiymətində 1000-2000 manat artım müşahidə edilir. Misal üçün buraxılış ili 1993-cü il olan "Mercedes 190 (iki il əvvəl 3000 min manat) bir neçə ay bundan əvvəl 5000 min manata satılırdısa, hazırda bu avtomobilin satış qiyməti 5500-6000 manatdır. Bununla belə, buraxılış ili 2008-ci il olan "Nissan Tida markalı avtomobilin (iki il əvvəl 8500-9000 min) bir neçə ay bundan əvvəl 10.000-11.000 manata satılırdısa hazırda 12000-13500 manata müştərilərə təklif edilir.
Qeyd edək ki, qiymət artımı "BMW, "İnfiniti, Honda, Hyundai, Opel, Toyota və digər markalı avtomobillərdə də özünü göstərir.