Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 30-u və 31-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 57 əcnəbi saxlanılıb. Onlardan 15-i Hindistan, 15-i Türkmənistan, 9-u Gürcüstan, 4-ü Rusiya, 3-ü Türkiyə, 2-si PaÂkisÂtan, 2-si Nepal, 2-si Qazaxıstan, 1-i Misir, 1-i İraq, 1-i Polşa, 1-i İtaliya vətəndaşı, 1-i isə Avstriya Respublikasında yaşayan vətəndaşlığı olmayan şəxsdir.
Bu barədə Unikal.org-a DMX-dan məlumat verilib.
Saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının Azərbaycan ResÂpubÂliÂkaÂÂsıÂnın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları (səyyar ticarət), digər 47 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.
Saxlanılmış əcnəbilərdən 41 nəfər barəsində qərarlar qəbul edilib, 14 nəfər Hindistan və 2 nəfər Nepal vətəndaşının Azərbaycan RespublikaÂÂsı hüÂdudÂlaÂrından kəÂnaÂra çıxarılması istiqaÂmətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı müÂbaÂÂriÂzə tədbirlərini daÂvam etdirir.