İngiltərənin "Mançester Yunayted klubu futbolçusu Anton Marsyalı 200 min avro məbləğində cərimələyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna sözügedən futbolçunun komandanın ABŞ-dakı düşərgəsini özbaşına tərk etməsi səbəb olub. Uşağı dünyaya gəldiyi üçün Parisə gedən 22 yaşlı fransalı hücumçu baş məşqçi Joze Mourinyonun tələbinə baxmayaraq, 8 gündü ABŞ-a qayıtmayıb.

Qeyd edək ki, 200 min avro Marsyalın "Mançester Yunayted"də iki həftəlik qazancıdı.