Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka-Qoşabulaq-Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.