"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi II raundda Albaniyanın "Kukesi" komandasını mübarizədən kənarlaşdırmaqla buna nail olub.

Səfərdə baş tutan ilk matçda qolsuz heç-heçə edən "Qarabağ", Bakıda rəqibini üstələyib - 3:0. Azərbaycan çempionunun qollarını 24 və 57-ci dəqiqələrdə penaltidə Dani Kintana, 89-cu dəqiqədə isə Con Delarj vurub.

Qarşılaşmanın 52-ci dəqiqəsində əllə oyuna görə penaltiyə səbəb olan "Kukesi"nin futbolçusu Alba Ala meydandan qovulub. Lakin İnnosent Emeqara 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

"Qarabağ" III təsnifat mərhələsində Belarus təmsilçisi BATE ilə qarşılaşacaq. İlk oyun 7-8 avqustda, cavab görüşü isə 14-də olacaq.

21:17

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Albaniyanın "Kukesi"ni komandasını qəbul edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:00-da başlayıb.

Qeyd edək ki, ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.