Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Unikal.org trend-ə istinadən xəbər verir ki, avqustun 1-də qızılın qiyməti iyulun 31-i ilə müqayisədə 2,3035 manat azalaraq 1 troy unsiyası üçün 2075,751 manat təşkil edib.
Gümüş 0,0308 manat ucuzlaşaraq 1 unsiya üçün 26,2988 manata bərabər olub.
Platinin qiyməti 9,367 manat artaraq 1421,1745, palladiumun qiyməti isə 3,2895 manat artaraq 1586,202 manat təşkil edib.