Goranboy rayonunda baş verən güllələnmə hadisəsinin təfərrüatı məlum olub

1983-cü il təvəllüdlü Emil İlqar oğlu Rəfiyev odlu silahdan açılan atəş nəticəsində qarın nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya yerləşdiriləndən yaralının vəziyyəti hazırda orta-ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Belə ki, E.Rəfiyev kənd ərazisində özünə məxsus qarğıdalı sahəsində olan itləri qovmaq üçün tüfəngdən atəş açıb. Bu zaman ehtiyatsızlıqdan tüfəngdən açılan güllə onun özünə dəyib.

Faktla bağlı araşdırma davam etdirilir.


*** 08:56

Goranboyda güllələnmə olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində baş verib. 

Kənd sakini, 1983-cüil təvəllüdlü Rəfiyev Emil İlqar oğlu qarın nahiyəsinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Rəfiyevin kim tərəfindən güllələndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.