Bakıda 5 maşından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Unikal.org  DİN-ə istinadən xəbər verir ki, "102 - Zəng Mərkəzi Xidmətinə cari il iyul ayının 31-də saat 23 radələrində Xətai rayonunun M.Hadi və Vunq Tau küçələrində Bakı şəhər sakinləri R.Fərzəliyevin "Toyota, Ş.Nəsibovun və M.İsgəndərovun "Mercedes, Y.Hüseynovun "Nissan markalı avtomobillərindən yan güzgülərinin şüşələrinin oğurlandığı barədə müraciətlər daxil olub.

Oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Fərman Heydərov olduğu müəyyən edilib.

Yasamal rayon Z.Əhmədbəyov küçəsində Sumqayıt şəhər sakini Z.Məmmədovun "Mazda markalı avtomobilindən 1300 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev də saxlanılıb. 

Bundan başqa, Nəsimi rayonunda Bakı şəhər sakini P.Quliyevin "Hyundai markalı avtomobilindən 87 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Elvin Məmmədov saxlanılıb. 

Hər üç faktla bağlı cinayət işi başlanılıb.