Balakəndə evdən qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindın Unikal.org-a bildirilib ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Bürcalıyev saxlanılıb.

Onun daha 2 evdən ümumilikdə 800 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.