Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə çoxsaylı insan ölümü ilə nəticələnən vertalyot qəzası ilə bağlı başsağlığı verib.

Unikal.org xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

"Mi-8 helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm."