İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə özünün "Facebook səhifəsində Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin yazıb.
Məlum olduğuna görə, azərbaycanlı şəxs Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib.
"Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və "vaxtını boş yerə itirməyib - Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon olmağa can atır, - Yenin yazıb.
Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün "Facebook səhifəsində yazıb ki, saxlanılmış şəxs "vor zakonların fəaliyyəti ilə bağlı vacib ifadələr verib.
"Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli "vor zakonların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib, - Abroskin yazıb.