Avqust ayının 1-i, saat 15:00-16:00 radələrində Zığ yolu, bina 24 ərazisində (Nargilə kafesilə üzbəüz) 12-14 yaşlı qız uşaqlarına, 19-30 yaşlı xanımlara tir gülləsilə atəş açan manyak peyda olub.
Unikal.org bizimyol-a istinadən xəbər verir ki, bu barədə blogger Saleh Nəsirov özünün şəxsi sosial şəbəkə hesabından paylaşaraq məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində 9 xanım xəsarət alıb, 4-ü isə polisə ərizə ilə şikayət edib.
Zərər çəkmişlərin hamısı 38-ci Poliklinikada tibbi ekspertizadan keçiblər.