Abşeron rayonunda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də P.Abbasovun "Olinq markalı avtomobilindən 765 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini Rüstəm Səlimov saxlanılıb.

Araşdırmalar davam etdirilir.