"Beynəlxalq Ordu Oyunları-2018 yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən "Artilleriya atəşinin ustaları-2018 müsabiqəsinin yarımfinal mərhələsində Azərbaycan artilleriyaçıları yüksək nəticələr göstərərək müsabiqənin finalına yüksəliblər.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, müsabiqənin final mərhələsi avqustun 8-də keçiriləcək.