Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi VII Beynəlxalq "Caspian Energy Forum Baku - 2018"ə ən yüksək səviyyədə rəsmi dəstək göstərir və tədbirdə iştirak edəcək.
Unikal.org xəbər verir ki, bu barədə "Caspian European Clubun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
"Caspian Energy Forum Baku - 2018 sentyabrın 20-də Azərbaycan Respublikası Hökumətinin və "Caspian European Club"un dəstəyi ilə keçiriləcək.
"Bildiyiniz kimi, 1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən "Əsrin müqaviləsi imzalanıb. Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda "Caspian Forum Baku təşkil edəcəyik. "Caspian Energy Forum Baku - 2018in təşkili "Caspian European Clubun yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub, - Telman Əliyev söyləyib.
"Caspian Energy Forum Baku - 2018in deleqatları sırasında Azərbaycan Hökumətinin üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb dünyası ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.
Telman Əliyev əlavə edib ki, tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.
"Caspian European Club 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. 2016-cı il dekabrın 24-də "Caspian American Club, 2018-ci il yanvarın 26-da "Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində "Caspian European Clubun idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. "Caspian European Cluba daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club və "Caspian Asian Clubun, "Caspian American Club və "Caspian Asian Cluba daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.
Yarandığı ilk gündən "Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club, "Caspian American Club və "Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
"Caspian European Club, "Caspian American Club və "Caspian Asian Clubun sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.