Çinin Quyçjou əyalətində yerləşən kömür mədənlərindən birində qaz tullantıları ilə bağlı baş verən hadisədən sonra itkin düşmüş 9 işçinin meyiti tapılıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Sinxua" məlumat yayıb.
Bundan əvvəl partlayış nəticəsind 4 nəfərin öldüyü bildirilirdi. İndi ölənlərin sayı 13 nəfərə çatmış olub. İtkin düşmüş şəxslərin axtarışlarına təqribən 50 saat sərf olunub.