Ukraynanın güc strukturları azərbaycanlı "vor zakon Nadir Səlifovun ("Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ukraynanın Kirovoqradskiy bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun ("Lotu Qulinin) kriminal klanının 30 nəfər üzvü "oğru sxodkası" keçiriblər. 



Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir. 

Sxodka "məşhur hüquqşünas ləqəbli "vor zakon" "Xoxolun rəhbərliyi ilə keçirilirmiş.



Qeyd edək ki, bir neçə gün bundan əvvəl də "Lotu Qulinin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon olmağa can atırmış.