Rusiyada çimərlik mövsümü başlayandan 1000-dən artıq adam suda boğulub.
Unikal.org-un məlumatına görə, bu rəqəmi Rusiya Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi açıqlayıb.
Məlumata görə, batanlardan 183-ü azyaşlı olub.
Qeyd olunur ki, batma hadisələrinin əksəriyyəti çimərlik üçün nəzərdə tutulmamış qanunsuz ərazilərdə qeydə alınıb
Xidmət bu statistik rəqəmi və durumu təhlükəli hesab edərək tədbirlərin gücləndirilməsini vacib sayır.