Sumqayıt şəhərində qadın qonşusu tərəfindən döyülüb.
Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Dadaşova Pərvanə Hüseyn qızı onunla qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən P.Dadaşovanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Məlumata görə, hadisəyə səbəb qonşular arasında uzun müddətdir davam edən ədavət və P.Dadaşovanın məhkəməyə müraciət etməsi olub.
Faktla bağlı araşdırma aparılır.