Fransanın cənubunda yerləşən Qar departamentində kanoe ilə üzən 20-yə yaxın şəxs cümə axşamı itkin düşüb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Telekanalın xəbərinə görə, 18 turist Ardeş çayı ilə üzürmüş. Axtarışlara yüzə yaxın jandarma göndərilib, əməliyyat ərazisi üzərində üç vertolyot xidmət çəkir.

Gecə yağan güclü yağışlar regionda subasmaya səbəb olub.