CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 72,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,14 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 8-də 68,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,06 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 8-də 70,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.