Gürcüstanın qərbində leysan yağışları nəticəsində onlarla kənd işıqsız qalıb.
Unikal.org-un məlumatına görə, Batumi, Kobuleti və Mahincauri yaxınlığında yollar və bəzi küçələr su altında qalıb.
Kəndlərdə yüzlərlə ev heyvanı və quşlar tələf olub.
Bölgədə leysanın fəsadlarının aradan qaldırılması üçün işlər aparılır.