Xəbər verdiyimiz kimi, dünən Türkiyədə ABŞ dollarının məzənnəsi 5,73 lirəyə, avronun məzənnəsi 6,63 lirə, ingilis funt sterlinqin məzənnəsi isə 7,35 lirə olub.
Unikal.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı narahat olmamağa çağırıb:
"Dollar-mollar bizim yollarımızı kəsməz, heç narahat olmayın. Buradan təkrar söyləyirəm, yastığının altında qızılı, qiymətli kağızları olan varsa, onu nəğdə çevirsin. Bu, yerli və milli bir mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı bu olacaq. Bu gün deyil də, nə zaman? Yerli pulumuzla onlara cavab verək!.
Dolların Türkiyədə sürətli yüksəlişi əhalinin əsəblərinə də toxunub. Bu səbəbdən insanlar sosial şəbəkədə yarı zarafat, yarı gerçək dollarla bağlı müxtəlif görüntülər paylaşaraq ABŞ Türkiyə münasibətlərini lağa qoyublar.
Həmin görüntüləri sizlərə təqdim edirik: