İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı addımlarını sərt tənqid edib.

Unikal.org xəbər verir ki, nazir bu barədə öz "Twitter səhifəsində yazıb.

O bildirib ki, D.Trampın bu vəziyyətə sevinməyi utancvericidir:

"NATO üzrə müttəfiqi olan Türkiyəyə iqtisadi zərbə ilə bağlı Trampın sevinməsi utancvericidir. ABŞ sanksiyalara olan həvəsindən əl çəkməlidir, əks halda bütün dünya onlara qarşı birləşəcək. Biz keçmişdə qonşularımızın tərəfində olmuşuq, indi də belə olacaq.