ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (FBİ) dünya banklarına xəbərdarlıq edib.
Unikal.org-un məlumatına görə, xəbərdarlıqda bildirilir ki, yaxın günlərdə ATM-lərə hakerlərin böyükmiqyaslı hücumu gözlənilir. Kiberhücum zamanı sistemə zərərverici proqramla müdaxilə ediləcək və milyonlarla dolların hesablardan oğurlanacağı deyilir.
Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebs tərəfindən hazırlanan hesabatda cinayətkarların bir bank və ya karta müdaxilə etməklə bir neçə saat içində dünya miqyasında ATM-lərdən kopyalanan kartlarla milyonlarla dollar çəkiləcəyi qeyd olunur.
Hesabata görə, avadanlıq və proqram təminatlarını ən son təhlükəsizlik standartlarına uyğunlaşdırmayan kiçik banklar daha çox riskə məruz qalacaq.
Hücumların kütləvi şəkildə həyata keçiriləcəyi də vurğulanıb.