Türkiyədə xarici ölkə vətəndaşlarına satılan mənzillərin satışı bu ilin yanvar-iyul aylarında 29,6 faiz artaraq 11 min 321-dən 14 min 674-ə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyədən ən çox mənzil alan İraq vətəndaşlarıdır.
Belə ki, 2 min 571 mənzil İraq, 1298 mənzil Səudiyə Ərəbistan, 1265 mənzil İran, 988 mənzil Ruslar, 862 mənzil Əfqanıstan, 777 mənzil Kuveyt, 651 mənzil Almaniya, 506 mənzil İngiltərə, 487 mənzil Azərbaycan, 484 mənzil İordaniya və 338 mənzil Misir vətəndaşları Türkiyədən mənzil alıb.
Xarici ölkə vətəndaşları Türkiyənin ən çox İstanbul (4.955 mənzil), Antalya (3.524 mənzil), Bursa (988 mənzil), Yalova (725 mənzil), Trabzon (648 mənzil), Ankara (521 mənzil) və digər şəhərlərindən mənzil alıblar.
Siyahı isə belədir:
İraq 2.571,
Səudiyə Ərəbistan 1.298,
İran 1.265,
Rusiya 988,
Əfqanıstan 862,
Kuveyt 777,
Almaniya 651,
İngiltərə 506,
Azərbaycan 487,
İordaniya 484,
Misir 338,
Yəmən 326,
Ukrayna 310,
İsveç 280,
Qətər 271,
Qazaxıstan 226,
Fələstin 221,
Hollandiya 201,
Norveç 161,
Birləşmiş Ərəb Əmirliyi 145,
Digər ölkələr 2.461.