Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda gənc oğlan sevdiyi qızın qohumları tərəfindən bıçaqlanıb.
Unikal.org-a Sabirabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun 20 Yanvar küçəsində yaşayan 1995-ci il təvəllüdlü Əli Pənah oğlu Bağırov reanimasiya şöbəsinə yerləşdirilib.
O, ayaqlarından, əlindən bıçaq zərbəsi alıb. Bundan əlavə gözlərinə xəsarət yetirilib, qulaqları şişdiyi üçün qırıldığı ehtimal olunur. Ona əlavə olaraq lor həkimi çağırılıb. Məlumatda bildirilir ki, 23 yaşlı oğlanın bir ayağında üç deşik, digər ayağında bir bıçaq yarası aşkarlanıb. Bıçaq yerlərinə tikiş qoyulub. Bundan başqa, Əli Bağırovun əlində də bıçaq xəsarəti olduğu müəyyənləşib. Bədənin müxtəlif yerlərində, eləcə də böyrəklərində zərbələrin təsirindən əzilmə qeydə alınıb.
Famil Fərhadoğlu