Nizami Rayon İcra Hakimiyyətində "İctimai iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla növbəti görüş keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə icra başçısı Arif Qasımov rayon ərazisində fəaliyyət göstərən sahibkarlara işlərini ətraf mühitin ekoloji tarazlığını pozmadan, sağlamlığını və ətraf mühitin mühafizəsini təmin edən normativ texniki sənədlərin və standartların tələblərinə uyğun qurmalı olduqlarını bildirib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxışlarında ictimai iaşə müəssisələrinin əksəriyyətinin layihələndirilməsində tullantıların zərərsizləşdiriləsi və istifadəsi, ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlərin görülmədiyini söyləyiblər.
Onlara zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğular və avadanlıqlardan istifadə etmək tapşırılıb.
Məlumat üçün bildirək ki, obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir.
Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur.