Vergilər Nazirliyi balansında olan istifadəsiz qalmış avtomobilləri auksiona çıxarıb.

Unikal.org xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sentyabrın 18-də təşkil edəcəyi hərracda nazirliyin 8 avtomobilini özəlləşdirməyə təqdim ediləcək.

Nazirliyin satmaq üçün müəyyənləşdirdiyi avtomobilləin buraxılış ili 2005, 2006, 2007-ci illərdir.

Hərraca 5 ədəd "Kia Optima, 3 ədəd isə "Daevo Nexia markalı avtomobillər çıxarılıb. Avtomobillərin qiyməti isə istehsalı ilinə və istifadəsinə görə 3000 manatla 4200 manat arasında dəyişir.