"Azərbaycanda sürücülərin istifadə etdiyi ümumi avtomobillərin cəmi 5 faizi "Premium Euro-95 və "Super Euro-98 markalı yanacaqdan istifadə etdiyi üçün xidmət sahələrinə benzinin qiymətinin artması xidmət sahələrinə heç bir təsir göstərməyəcək".
Unikal.org-a açıqlamasında bu sözləri Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov deyib.Millət vəkili əlavə edib ki, həmin növ yanacaqlar xaricdən alındığı üçün qiymət artımı qaçılmazdır:
"Həmin yanacaqlar xaricdən alındığı üçün qiymət hər zaman dəyişə bilər. Bu bizdən asılı olan məsələ deyil. Həmin növ benzini satan ölkə qiyməti təyin edir. Ölkəmizdə ən çox istifadə olunan yanacaq dizel və A-92 növ benzindir.Ölkədə olan avtomobillərin 95 faizi bu növ yanacaqlarla işləyir.Ona görə də bu qiymət artımı xidmət sahələrinə təsir göstərməyəcək".
Millət vəkili Aydın Hüseynov "A-92" növ benzin və dizelin bahalaşmayacağını bildirib:
"Həmin növ yanacağın qiymətinin qaldırılması gözlənilən deyil.Çünki o yanacaqlar ölkəmizdə istehsal edilir. Yaxın günlərdə A-92 növ benzinin qiymətinin qalxmasını gözləmirəm.Ümumilikdə isə qiymət artımı bazarın konyukturasından asılıdır və buna görə tənzimlənir".
Famil Fərhadoğlu