Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan- Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.