Bu ilin ikinci rübündə yerüstü tikililər üzrə qiymətlər 1,4 faiz, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a bildirilib ki, ötən rüb ümumilikdə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 1,3 faiz bahalaşıb.