Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

"Azərbaycan Dəmir Yolları QSC-dən unikal.org-a verilən məlumata görə, hazırda Müsüslü stansiyasında 10 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 196 yoldəyişən yenisi ilə əvəz olunub.