Bu gün vergilər naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayon sakinləri iştirak edib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən unikal.org-a verilən məlumata görə, qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.
Vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.