2018-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, 1 il ərzində "Nar 4G internetindən istifadə edən abunəçilərin sayı 24% artıb.
Unikal.org xəbər verir ki, hazırda 250 mindən çox abunəçi "Narın yüksək keyfiyyətli 4G xidmətindən istifadə edir.
Qeyd edək ki, "Nar 4G interneti paytaxtla yanaşı ölkənin böyük şəhərlərini də əhatə edir. Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator, 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim edir.
2018-ci ildən başlayaraq ölkənin 30-dan çox şəhər və rayon mərkəzlərində 4G baza stansiyaları istifadəyə verilib və nəticədə "Nar abunəçilərinin böyük bir qismi yüksək sürətli internetə çıxış əldə edib. 4G keyfiyyəti ilə yanaşı "Narın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.
Son bir il ərzində "Nar abunəçiləri 3.3 mln GB həcmində data trafik istifadə edib. Öncəki illə müqayisədə bu rəqəm 36% çoxdur. Ümumi data trafik istifadəsinin 1.3 mln GB-lıq hissəsi 4G xidmətinin payına düşür. 2018-ci ilin ilk iki rübü ərzində aparılan işlərin nəticəsi olaraq, illik 4G internetinin trafik həcmi öncəki illə nisbətdə 3 dəfədən çox olmuşdur.
Qeyd edək ki, "Nar bu göstəricilərin daha da yüksəlməsi üçün ölkə boyunca 4G baza stansiyalarının sayını durmadan artır. Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.